Teleqraf.com xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb.
Buna səbəb bəzi məsələlərdə onunla ABŞ Prezidenti Donald Tramp arasındakı fikir ayrılığıdır.
Məlumatlara görə, bu məsələlərdən ən önəmlisi İranla dialoqun qurulması və administrasiyanın tərkibində kadr dəyişikliyidir. Bundan başqa, dövlət katibi Trampın ədliyə naziri Cef Seşnslə bağlı son paylaşımlarını qeyri-peşəkar adlandırıb.
Bildirilib ki, Tillerson bu ilin sonuna qədər istefa ərizəsini təqdim edəcək.