Teleqraf.com xəbər verir ki, sözügedən gəmi II Dünya Müharibəsi dövründə Cənubi Amerika banklarından alınan 100 milyon funt sterlinq dəyərində olan qızılları Almaniyaya çatdırmalı imiş. Lakin gəmi bəlli olmayan səbəblərdən İslandiya sahillərində batıb.
İngiltərənin xəzinə ovçusu şirkəti olan Advanced Marine Servis-in 1938-ci ilin 24 sentyabrında İslandiyanın 193 kilometr cənub-şərqində batan “SS-Minden” adlı gəminin yerini müəyyən etdiyi və axtarış apardığı məlum olub. Bəlli olub ki, şirkətin mütəxəssisləri gəminin dağıntıları arasında bir qutuya yerləşdirilən 4 ton ağırlığındakı qiyməti metalın olduğunu təsdiq ediblər. Bu metalın 100 milyon funt sterlinq dəyərində qızıl olduğu təxmin edilir.
Versiyaya görə 1938-ci ilin sentyabrında Cənubi Amerikadan Almaniyaya qızıl gətirməli olan “SS Munden” gəmisi İngilis donanmasını tərəfindən təqib edilib. Bu haqda dərhal Almaniya faşist hökumətinin başçısı Adolf Hitlerə məruzə edilib. Hitler gəminin ingilis donanmasının əlinə keçməməsi üçün batırılmasını əmr edib.
Hazırda tapılan xəzinənin kimə məxsus olması ilə bağlı ciddi mübahisə gedir.
Xəzinə ovçuları hesab edir ki, xəzinə onu tapan adam və ya təşkilata aid olduğundan İngiltərəyə gətirilməlidir.
İslandiya səlahiyyətliləri isə bu iddianı rədd edir. Onlar elan edirlər ki, Advanced Marine Servis-in İslandiya sularında axtarış aparmaq icazəsi yoxdur və bu səbəbdən də tapılan xəzinənin İngiltərəyə aparılması mümkün olmayacaq.