25 İyul 2017 14:58
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib.

Teleqraf.com "Sputnik Qırğızıstan"a istinadla xəbər verir ki, qonaqlar arasında düşən mübahisə qısa müddətdə davaya çevrilib.

Qonaqlardan bir neçəsi üzərilərində gəzdirdiyi silahlardan atəş açıb. Hadisə zamanı xeyli insan yaralanıb.

Polisdən verilən məlumata görə, olayla əlaqədar 30 nəfər saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Samir