Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı Blekmorun 24 arvaddan 146 uşağı var. 53 yaşlı Olerin isə 5 arvadə var.
Kanada qanunlarına görə, hər ikisini 5 ilə qədər həbs gözləyir.
Blekmor və qaynı Ceyms Xristian dinindən uzaqlaşaraq yeni məzhəbə qoşulublar. Həmin məzhəbdə çoxarvadlılıq günah sayılmır. Məhkəmə hələ qərarını açıqlamayıb. Hüquqşünaslar hər iki şəxsin istədikləri kimi yaşamaq hüquqlarının olduğunu və çoxarvadlılığa görə məsuliyyət daşımadıqlarını bildirirlər.