26 İyul 2017 14:26
503

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “İslam Dünyası Gənclik Paytaxtı” beynəlxalq proqramının seçim komissiyası 2018-ci il üçün Qüds şəhərini “İslam Dünyasının Gənclik Paytaxtı” seçib.

Teleqraf.com xəbər verir ki, Qüds üzrə keçirilən fövqəladə iclasda qəbul etdilənyekun qərarda son günlərdə Əl-Əqsa məscidində fələstinlilərin hüquqlarının kəskin şəkildə pozulması faktı öz əksini tapıb, o cümlədən, qəbul edilən qərarın Fələstin xalqına olan dəstəyin göstəricisi olduğu bildirilib.

İƏT Gənclər Forumu və İƏT-in, eləcə də Türkiyə, İran, Malayziya və Mərakeş nümayəndələrinin üzv olduqları seçim komissiyasının qəbul etdiyi sözügedən qərarda Fələstin xalqının bu şəhərdə təməl hüquqlarının qorunması ilə bağlı Şərqi Qüdsün müsəlman identikliyinə yönəlik BMT və İƏT qərarlarına da istinad edilib.


Müəllif: Cavad