Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrail televiziyası məlumat yayıb.
Dəmir baryerlərin gecə saatlarında yığışdırıldığı bildirilib.
Qeyd edək ki, İsrail polisi Əl-Əqsa məscidinə dəmir detektorlar quraşdırmış və yaşı 50-dən az olan insanların bura daxil olmaması üçün məscidin ətrafına dəmir baryerlər qurmuşdu.
Qərar fələstinlilər tərəfindən etirazla qarşılanmışdı. Baş verən toqquşmalardan sonra İsrail tərəfi dəmir detektorları təhlükəsizlik kameraları ilə əvəzləmişdi.