Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Prezident Administrasiyası məlumat yayıb:
"Bununla bağlı Dövlət Miqrasiya Xidməti lazımı sənədləri administrasiyaya təqdim edib. Yaradılmış komissiya Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Tövsiyyə olunur ki, Ukrayna Prezidenti Petro Poroşenko da müvafiq sənədə imza atsın".
Bu arada, Saakaşvilinin rəhbərlik etdiyi "Yeni Qüvvələr Hərəkatı" partiyası bəyanatla çıxış edib. Bəyanatda Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması qeyri-qanuni addım kimi qiymətləndirilib:
"Bizdə hələ də Saakaşvilinin vətəndaşlıqdan çıxarılması ilə bağlı rəsmi məlumat yoxdur. Onlar beynəlxalq və yerli qanunları tapdalayır. Poroşenko Gürcüstana səfəri zamanı Saakaşvilinin esktradisiyasını razılaşdırıb. Vətəndaşlıqdan çıxarılma da bu razılaşmanın davamıdır".
Partiyanın bəyanatında Saakaşvilinin tərəfdarlarının Kiyevin Müstəqillik meydanına toplaşması ilə bağlı çağırış yer alıb:
"Saakaşviliyə görə deyil, bizim hüquqlarımız tapdalandığına görə hər kəsi Ukrayna bayrağı, konstitusiyası və pasportu ilə meydana çağırırıq".
Qeyd edək ki, Saakaşvili hazırda ABŞ-dadır.