27 İyul 2017 16:32
758

Gürcüstanın esk-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirirlər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nümayişçilər Müstəqillik meydanına yığışıblar.

Onlar Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılmasına etiraz edirlər.

Etirazçılar aksiyaya Ukrayna bayrağı ilə qatılıblar. Onlar qərarın ləğv edilməsi üçün petisiya yayacaqlarını və məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Məlumatlara görə, Saakşvilinin regionlarda yaşayan yüzlərlə tərəfdarı paytaxt Kiyevə yola düşüb.

Fəallar mitinqin siyasi xarakter daşımadığını qeyd ediblər.


Müəllif: Samir