28 İyul 2017 00:58
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq və milli təhlükəsizlik üzrə müşaviri Derek Harvi vəzifəsindən gedib.

Teleqraf.com "Report"-a istinadən xəbər verir ki, milli təhlükəsizlik xidmətinin mətbuat katibi Maykl Enton da bunu təsdiq edib.

"Reuters" agentliyi bildirir ki, Harvinin vəzifəsindən getməsinə səbəb Ağ Evdə Suriya, İran və İraq məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarıdır.


Müəllif: Teleqraf.com