Teleqraf.com-un məlumatına görə, Avstrya və Sloveniyanın müraciətini araşdıran məhkəmə hesab edib ki, bu ölkələr qaçqınların tələblərini rədd edə bilər.
Bundan dərhal sonra hər iki ölkə iki əfqan ailəsini və suriyalı bir qaçqını ölkədən deportasiya edib. Bununla da qaçqınların Avropadan çıxarılması presidenti yaranıb.
Bu qərar Avropaya gedən qaçqınların ölkədən çıxarılması hüququnu faktiki olaraq tanıyır, həmçinin 2015-2016-cı illərdə adı çəkilən ölkələrə daxil olan yüzlərlə qaçqının deportasiya edilməsinə şərait yaradır.
Qeyd edək ki, 2015-ci ildə hər gün yüzlərlə qaçqın Macarıstan və Sloveniyanı keçməklə Avstryaya çatıb. Onlardan çoxu Almaniyaya keçmək istəsə də, təxminən 100 minə yaxını Avstryada qalıb.