21 İyul 2014 20:58
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın rəhbəri Putin beynəlxalq birliyi yekdillik göstərməklə bağlı təhdid edib”. musavat.com-un məlumatına görə, bunu nüfuzlu amerikalı politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçidi Zbiqnev Bzejinski CNN telekanalına müsahibəsində söyləyib.

“Boeing” qəzası ilə bağlı situasiya beynəlxalq ictimaiyyətin yekdillik göstərməsi üçün tarixi məqamdır” deyən Bzejinski hesab edir ki, bəşəriyyət vahid cəbhədə çıxış eləsə, Putini hələ durdurmaq mümkündür: “Bu, Birləşmiş Ştatlar rəhbərliyi tərəfindən liderliyin ortaya qoyulması, həmçinin avropalı liderlərin bizimlə ardıcıl addımlar atması deməkdir. Bu, ciddi təhdiddir. Eyni zamanda həm də həlledici təhdiddir”.

Ekspertin sözlərinə görə, Ukraynada hərbi hərəkətləri dayandırmayan Putin bütün beynəlxalq aləmi təhdid edir.

Az öncə politoloq qeyd eləmişdi ki, Ukraynaya qoşun yeritməklə Putin öz hərəkətlərinin strateji nəticələri haqda düşünüb-daşınmayıb. Bzejinskiyə görə, son aylarda Ukraynada baş verənlər sadəcə, Ukrayna ilə Rusiya arasında münaqişə deyil, rus kvazimistik şovinizminin davamlı yüksəliş simptomudur.

Musavat.com


Müəllif: