29 İyul 2017 16:22
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Rayns Pribası vəzifəsindən uzaqlaşdırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp onun vəzifəsinin icrasını Con Kelliyə tapşırıb.

Pribas Trampın bu addımını normal qarşıladığını, Kelli isə ABŞ Prezidentinin bu qərarından məmnun olduğunu deyib.

Pribasın istefası ilə bağlı "Vaşinqton Post" nəşri maraqlı iddia irəli sürüb. Məlumata görə, Tramp Pribası kabinetində uçan milçək səbəbindən vəzifədən uzaqlaşdırıb. O, aparat rəhbərini natəmizlikdə ittiham edib.


Müəllif: Samir