29 İyul 2017 17:37
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda yeni müvəqqəti baş nazir 58 yaşlı Şahid Xaqan Abbasi olacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə hakimiyyətdə olan Pakistan Müsəlman Liqası qərar verib.

Şahid Xaqan Abbasi indiyə qədər hökumətdə neft və təbii sərvətlər naziri postunu tutub.

Müvəqqəti baş nazirin təyinindən sonra 45 gün ərzində ölkədə erkən seçkilər keçirilməlidir.

Pakistan Müsəlman Liqası liderliyinə isə keçmiş baş nazir Nəvaz Şərifin qardaşı Şahbaz Şərif gətiriləcək.


Müəllif: Mahir

Oxşar xəbərlər