29 İyul 2017 23:40
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı sərnişini olan motorlu qayıq Lena çayında çevrilərək aşıb.

Teleqraf.com xəbər verir ki, insident Yakutiyanın Nam rayonunda baş verib.

“İlkin məlumata görə, qayıqda 6 nəfər olub. İndiyədək onlardan yalnız biri xilas edilib. Hadisə yerinə operativ istintaq qrupu çıxıb, axtarışlar davam etdirilir”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İnterfaks” agentliyinə bildirilib.

Olay barədə məlumatlı şəxs qayıqda Yakutiya məhkəməsi hakiminin nümayəndəsi və icra məmurunun olduğunu bildirib.


Müəllif: Səxavət