Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Şırnakın Beytüşebbap mahalında 9 terrorçu zərərləşdirilib.
Şırnak Valiliyindən verilən açıqlamada qeyd edilib ki, Jandarma Komandanlığının Şıenak, Van və Hakkaridə yerləşən hərbi hissələri Beytüşebbap bölgəsində iyulun 21-dən başlatdığı “Şəhid kapitan Nuri Şənər əməliyyatı” davam etdirilir.
Əməliyyat daxilində Faraşin yaylağı ərazisində 9 terrorçu öldürülüb.
Öldürülən terrorçular arasında PKK-nın ərazi nümayənddəsi Kato Jirka adlı şəxs, habelə Dərya kod adlı terrorist də zərərləşdirilib.
Qeyd edilib ki, hazırda bölgədə PKK-ya qarşı əməliyyatlar davam etdirilir.