30 İyul 2017 11:14
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada iki qrup arasında dava düşüb, tərəflər dava zamanı silah və bıçaqdan istifadə edib. Nəticədə 5 nəfər ağır yaralanıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, paytaxt Ankaranın Keçiören məhəlləsinin Seyfi Şenel parkında iki qrup arasında başlayan mübahisə qısa müddətdən sonra davaya çevrilib. Silah və bıçaqdan istifadə edilən davada 5 nəfər ağır yalaralanıb. Hələlik onların adları bəlli deyil.

Hüquq-mühafizə orqanları davadan sonra hadisə yerinə gəlib. 3 nəfər həbs edilib. Hadisə yerini araşdırarkən küllə gilizləri, bıçaq tapılıb.


Müəllif: Cavad