Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Suriyanın şimal-qərbində, Hələbə 60 kilometr məsafədə yerləşən İdlib şəhərində üzərində kamera olan casus quş vurulub.
Xəbərə görə, İdlib çölündə Azad Suriya Ordusunun əsgərləri havada uçan bir quşu müşahidə ediblər. Quşun hər gün davamlı olaraq eyni bölgədə uçduğu əsgərlərdə müəyyən şübhə yaradıb.
Müxalifəti təmsil edən əsgərlər atəş açaraq quşu vura bilib. Bu zaman bəlli olub ki, quşun üzərində kamera yerləşdirilib. Ayrıca başqa bir cihaz da aşkar edilib.
Müxalifət əsgərləri vurulan quşu qərargaha göndərib. Bəlli olub ki, öldürülən quş nəsli tükənməkdə olan qırmızı kərkəsdir.