Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hovuz işçiləri türk xanımdan tələb ediblər ki, hovuza hamı kimi geyimdə daxil ola bilər. Türk xanım isə çimərlik paltarında hovuza girməkdən imtina edib.
Nəticədə əyləncə məkanının nümayəndələri Menzi Turqutu hovuzdan çıxararaq onun ödənişlərini geri qaytarıb.
Menzi Turqutun həyat yoldaşı Ərtoğrul Turqut bildirib ki, həyat yoldaşı yarı bağlı geyimdə olduğu üçün hovuzdan çıxarılıb:
“Əslində, belə geyimdə hovuza daxil olmaqda narahatedici bir şey yoxdur. Burada bizə edilən heç də xoş bir hadisə deyil. Haqsız olaraq xanımımı hovuzdan çıxarıb bayıra atıblar. Qarşı tərəfdən üzr istənilməsini gözləyirik”.
Əyləncə Mərkəzinin səlahiyyətlisi Carsten Grimpe isə bildirib ki, hər kəs məkanın qanunlarına hörmət etmək zorundadır. O deyib ki, türk xanımının geyimində hovuza daxil olmaq sağlamlıq qaydaları baxımından problem yaradır:
“Bu üzdən də ona hovuza daxil olmağa icazə verilməyib”.