31 İyul 2017 00:11
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib ki, KXDR ətrafındakı vəziyyətlə bağlı söhbətlərə son qoymaq və fəaliyyətə başlamağın vaxtı gəlib çatıb.

O, Çin, Yaponiya və Cənubi Koreyanı təzyiqi gücləndirməyə çağırıb.

"Şimali Koreya barədə danışmaq kifayətdir. Çin hərəkət etmək lazım olduğunu bilir. Yaponiya və Cənubi Koreya təzyiqi gücləndirməlidir", - deyə o, "Twitter"də yazıb.

Heyli, həmçinin qeyd edib ki, bu, təkcə ABŞ-ın problemi deyil. O, beynəlxalq həll tələb edir.

Şənbə gününə keçən gecə Şimali Koreya Çaqando əyalətindən Yapon dənizində yerləşən Hokkaydo adası istiqamətində ballistik raketin növbəti buraxılışını həyata keçirrib.
"Report"


Müəllif: Teleqraf.com