31 İyul 2017 10:32
1 019

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr Qətər Krallığının son tələbini müharibəyə çağırış kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, nazir “Al Arabiya”ya verdiyi açıqlamada Qətərin müsəlmanlar üçün ən müqəddəs yer olan Məkkəyə beynəlxalq status verilməsi üçün çalışdığını deyərək bildirib ki, bu faktiki müharibə elanıdır:

“Səudiyyə Ərəbistanı Kəbəyə beynəlxalq status verilməsi üçün fəaliyyətdə olan hər kəsə cavab vermək hüququnu özündə saxlayır”.


Müəllif: Cavad