31 İyul 2017 13:16
2 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə ordusunda 28 əsgər bir qadını zorlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərə ordusunun Fəlklənd adalarında yerləşən hərbi bazasında xidmət edən qadın əsgər Rebeka Kruşiank təcavüzə məruz qalıb. Xanım əsgərin təcəvüzə məruz qalmasına dair foto və faktlar ortaya çıxıb.

Bu hadisə İngiltərə Kral Hava Qüvvələrində 2001-ci ildə baş verib, lakin faktlar bu yaxınlarda ortaya çıxıb.

Rebekanın ortaya çıxardığı fotolardan adada əsgərlərin qadına təcavüz etdiyi açıq görünür. Qadın cinsi təcavüzə məruz qaldığını bildirib. Orduda 21 yaşında xidmətə başladığını bildirən Rebeka xidmət etdiyi hərbi bazada 28 əsgərin əhatəsində yeganə xanım əsgər olub.

Statistik məlumatlara görə, İngiltərə ordusu cinsi təcavüz hadisələrinə görə məşhurdur. Son 5 ildə orduda 363 cinsi təcavüz hadisəsi baş verib. Hərbi polis bəyan edib ki, 2016-cı ildə 113 təcavüz faktı qeydə alınıb.


Müəllif: Cavad

Oxşar xəbərlər