31 İyul 2017 17:06
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr müzakirə edilib.

Cəbhədəki vəziyyətin son zamanlar daha da gərginləşməsi, erməni təxribatlarının çoxalmasından dərin narahatlıq ifadə edilib. Qeyd edilib ki, bu gərginliyin arxasında təcavüzkar Ermənistanın faktiki idarəedicisi rolunda olan Rusiya durur.

Müzakirələr zamanı bildirilib ki, son zamanlar Cənubi Qafqazda və ümumiyyətlə, keçmiş postsovet məkanında baş verən siyasi hadisələr bilavasitə beynəlxalq güclərin maraqlarının regionda yenidən “formatlandırılması” prosesinin fəallaşmasını göstərir.

ADP Rusiyanın Xəzərdə hərbi təlim keçirməsi məsələsinə diqqət yetirib, bunun indiki mərhələdə digər Xəzəryanı ölkələrin əleyhinə olduğunu vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər