1 Avqust 2017 00:58
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp maliyyəçi Entoni Skaramuççini təyin etdikdən 10 gün sonra Ağ evin kommunikasiyalar üzrə direktoru postundan kənarlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Cənab Skaramuççi hesab edib ki, Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə azad şəkildə öz komandasını formalaşdırmağa mane olmamaladır”, deyə S.Sanders qeyd edib.

Bundan əvvəl Skaramuççinin istefası barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, o, Ağ ev aparatının rəhbəri vəzifəsinə yeni təyin olunan Con Kellinin tələbi ilə istefaya göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər