Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, iqtisadiyyatın diversifikasiyası çərçivəsində hazırlanan bu layihə, Qırmızı dəniz sahilini və irili-xırdalı 50 adanı əhatə edir.
Turizm layihəsi neft qiymətlərinin enməsi şəraitində vəliəhd şahzadə Məhəmməd ibn Salman-ın ölkə iqtisadiyyatının diversifikasiyası təşəbbüsü çərçivəsində göstərdiyi səylərinin tərkib hissəsidir.
Qeyd edək ki, Səudiyyə vətəndaşları tətillərini daha çox Türkiyə də daxil olmaqla xarici ölkələrdə keçirir. Ölkə rəhbərliyi milli valyutanın xaricə çıxarılmasının qarşısını almaq istəyir.
Layihəinin ilk mərhələsinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.