Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüs prezident Donald Tramp tərəfindən dəstəklənib.
Donald Tramp bildirib ki, hələ prezidentliyə namizəd olarkən ABŞ işçiləri və vergi ödəyicilərinin müdafiəsinə yönələn immiqrasiya sistemini təşviq edib: "Baxılması üçün Konqresə təqdim edilən qanun layihəsi “qrin-kartların” verilməsi qaydalarını dəyişdirəcək. Son illər ABŞ-a aşağı ixtisaslı insanlar gəlir. Yeni qanun layihəsi köhnə qaydaları əvəzləyərək yeni, xal üzərində əsaslanan sistemin tətbiqini nəzərdə tutur. Yeni müsabiqə çərçivəsində üstünlük ingilis dilində danışanlara, özlərini və ailələrini təmin edə bilənlərə və iqtisadiyyatımıza fayda verə biləcək bacarığı olanlara veriləcək”.