4 Avqust 2017 18:24
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya ordusuna sızmaq istəyən şəbəkə var.

Teleqraf.com xəbər verir ki, bu haqda yerli “Kuryer” qəzeti məlumat yayıb.

Qəzet iddia edib ki, hərbi heyətə aid məlumatları kənar şəxslər əldə etməyə çalışır. Artıq Müdafiə Nazirliyi Vyana Prokurorluğu qarşısında tələb qaldırıb.

Avstriya ordusunun zabiti Kristian Stadler özünə aid fərdi məlumatların hərbi hissədə danışıldığını eşidib. Başqa əsgərlərin də buna bənzər şikayətləri olduğu ortaya çıxıb.

“Kuryer”ə açıqlama verən Müdafiə Nazirliyinin sözçüsü, polkovnik-leytenant Peter Barthou bildirib ki, hərbdə kimin hansı məlumatalar əldə edəcəyi təlim və qaydalarda konkret göstərilib.

Vyana Prokurorluğunun nümayəndəsi Nina Bussek isə fərqli əyalətlərdən bu məsələyə dair xəbərlər gəldiyini deyib:

“Ölkə daxilində bizə şübhəli hallarla bağlı kütləvi şikayət ərizələri gəlir”.

“Kuryer” qəzeti şəxsi məlumatların icazəsiz əldə edilməsi skandalının yüksək səviyyəli hərbçilərə qədər uzana və bu məlumatlardan siyasi vasitə kimi istifadə edilə biləcəyi iddiasını irəli sürüb.


Müəllif: Cavad