4 Avqust 2017 21:54
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ üzv ölkələri növbəti raket sınaqları ilə əlaqədar Şimali Koreyaya qarşı yeni sanksiyalara səs verməyə çağırıb.

Məlumata görə, bu gün ABŞ BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə müvafiq qətnamə layihəsi təqdim edəcək.

Qeyd edək ki, Rusiya və Çin ABŞ-ın Şimali Koreya siyasətini kəskin tənqid ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər