Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, kompüter təlimi sayəsində ötən ay servisdən silinən ekstremist məzmunlu videonun 75 faizi istifadəçilər tərəfindən məlumat verilməmişdən əvvəl ləğv edilib.
Bildirilir ki, kompüter təlimi texnologiyasının tətbiqi, həmçinin “Yutub” sistemlərinin fəaliyyətinin dəqiqliyini artırmağa imkan verib. Hazırda bu alətlərin mükəmməl və bütün vəziyyətlər üçün əlverişli olmamasına baxmayaraq, əksər hallarda “Yutub” ləğv ediləcək videoları insanlardan daha dəqiq müəyyənləşdirir.
Məlumata görə, servisə dəqiqədə 400 saatdan çox video yüklənir. Bu səbəbdən ekstremist xarakterli kontentin aşkarlanması və silinməsi kifayət qədər mürəkkəb işdir. Lakin kompüter təliminin tətbiqi həm ləğv edilən videoların sayını, həm də onların silinmə sürətini iki dəfə artırmağa imkan verib.
Bundan əlavə, “Yutub” terrora aid məzmunu izləyəcək ekspertlərin sayının artırılması üzərində çalışır. Həmçinin servisin qaydalarını pozmayan, lakin mübahisəli olan videolar üçün daha sərt standartların tətbiqi planlaşdırılır.