Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, avqustun 1-dən 3-dək səfərdə olan prezident 2 gün Tıvada sualtı ovla məşğul olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, o, Cənubi Sibirdə çətinliklə gedilə bilən tayqada olub, soyuq dağ göllərində çimib və balıq tutub:
“Göldə suyun temperaturu 17 dərəcədən yuxarı qalxmır, amma bu, prezidentə çimməyə mane olmadı”.
Onun sözlərinə görə, ölkə başçısının durnabalığı ovçuluğu ilə bağlı unikal kadrları kifayət qədərdir və bu çəkilişlər daha sonra montajsız KİV-lərdə yayımlanacaq.
Putinin mətbuat katibi onu da deyib ki, prezident durnabalığını tutmaq üçün iki saat dalınca düşüb və nəticədə istəyinə nail ola bilib.
Balıq həvəskarı olan Putin 4 il öncə Tıva Respublikasındakı çaydan 21 kiloqramlıq durnabalığı tutmuşdu.