6 Avqust 2017 09:39
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın baş naziri Şinzo Abenin xüsusi nümayəndəsi Kentaro Sonoura Qətər ilə bəzi ərəb ölkələri arasında yaşanan diplomatik böhranın aradan qaldırılması üçün dialoqa ehtiyac olduğunu bildirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Qətərə səfər edən Sonoura burada xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrahman Al Sani ilə görüşüb.

Sonoura ölkəsinin böhranın aradan qaldırılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Qətər və bəzi ərəb ölkələri arasındakı böhran 5 iyunda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir hökumətlərinin diplomatik əlaqələri kəsməsilə başlayıb.

4 ölkə dialoqun aparılması üçün Qətər qarşısında 13 maddəlik şərt qoyublar. Doha şərtləri qəbul etmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər