6 Avqust 2017 08:12
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür.


Şəhərin “Sülh Parkında” toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də (Bakı vaxtı ilə 03.15) bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.

Tədbirdə Yaponiyanın baş naziri Sindzo Abe, Xirosimanın meri Kadzumi Matsui və digər rəsmi şəxslər, ABŞ da daxil olmaqla 80-dən çox ölkənin diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

S.Abe çıxışında Yaponiyanın nüvə bombalanmasını yaşamış yeganə ölkə olduğunu bildirib. Baş nazir, Yaponiya hökumətinin dünyada nüvə silahın ləğv edilməsinə nail olmaq üçün zəruri addımlar atmaqda davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, 1945-ci ilin avqustun 6-da ABŞ-ın “B-29” döyüş təyyarəsi Xirosima şəhərinin üzərinə 18 kiloton gücündə atom bombası atıb. Bomba partlayışı nəticəsində 140 mindən çox insan həlak olub, yüz minlərlə şəhər sakini yaralanıb. Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində isə 74 min sakin ölüb.

\APA\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər