6 Avqust 2017 16:23
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə əfqan və isveçli siyasətçiləri təhqir edən 72 yaşlı qadın 80 gün müddətinə həbs cəzası alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Malmo şəhər məhkəməsi qərar çıxarıb.

Məhkəmə qadın haqqında hökmün pul cəriməsinə çevrilməsinin mümkünlüyünü qeyd edib və həbs cəzasının qarşılığında 4 min kron ödənilməsini ədalətli sayıb.

Qeyd edək ki, 72 yaşlı xanım sosial şəbəkədə cinsi istismar artdı başlıqlı şərhində əfqanları nəzərədə tutaraq “saqqallı meynunları ölkəyə aparmağı dayandırın, hökumətə və sol siyasətçilərə nifrət edirəm” yazmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər