Teleqraf.com xəbər verir ki, Çinin Xarici İşlər naziri Vang Yi Flippinə səfər edib. Nazir paytaxt Manilada Şimali Koreya məsələsi haqqında danışıb.
Koreya Yarımadasındakı nüvə problemini diplomatik kanallarla dialoq və danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətinə işarə edən nazir deyib ki, Şimali Koreyaya sanksiyaların tətbiq edilməsi lazımdır, ancaq bu, son hədəf deyil.
Nazir bildirib ki, ABŞ, Şimali Koreya, Rusiya, Yaponiya, Cənubi Koreya və Çinin daxil olduğu “Altılıq görüşləri” prosesinə dönülməlidir:
“Pxenyanın nüvə fəaliyyətlərini, habelə Vaşinqton və onun bölgədəki müttəfiqləri Yaponiya və Cənubi Koreyanın hərbi fəaliyyətinin eyni vaxtda dayandırılmasını ehtiva edən təklifi yarımadada gərginliyi azalda, tərəflərin danışıq masası arxasında oturmasını təmin edə bilər. Bizim təkliflərimiz Koreya Yarımadasındakı nüvə probleminin həllində tək həll yoludur”.