Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dünən axşam ASEAN zirvəsində iştirak edən XİN rəhbərləri üçün şam verilib və tədbir iştirakçıları qalaya ənənəyə uyğun olaraq ağ, üzərində şaquli istiqamətdə qırmızı zolaqlarla bəzədilmiş milli geyimdə qatılıb.
Əl-ələ tutan xarici işlər nazirləri foto çəkdiriblər.
Hər il XİN rəhbərləri şam yeməyinə ASEAN-a sədrlik edən ölkənin milli geyimində qatılırlar.
Məlumata görə, keçən il Laosda ASEAN zirvəsinin şam yeməyində iştirak üçün Rusiya Xarici İşlər naziri Sergey Lavrova tikilmiş xüsusi milli geyim onun bədən ölçüsünə uyğun gəlməyib.
ASEAN-a 10 dövlət – Tailand, İndoneziya, Malayziya, Bruney, Filipinlər, Myanma, Laos, Vyetnam, Kamboca və Sinqapur daxildir. Rusiya, ABŞ, Koreya Xalq Demokratik Respublikası, Cənubi Koreya, Yaponiya, Kanada ASEAN-ın işgüzar partnyorudur.