7 Avqust 2017 16:44
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Karen Karapetyanın müşavirədə kobud tərzdə danladığı Armavir şəhərinin meri Ruben Xlqatyan baş nazirin iradına saymazyana yanaşıb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Karen Karapetyan müşavirədə sərt tonda Ruben Xlqatyana müraciət edərək rəhbərlik etdiyi şəhərdə problemlərdən bixəbər olduğunu deyib.

Baş nazir meri havadan rəqəmlər söyləməkdə ittiham edib: “Problemlər haqqında kimdən soruşmalıyam?”

Karen Karapetyanın qəzəbli iradına münasibət öyrənmək üçün media nümayəndələri Armavir şəhərinin merinə müraciət edib. Ruben Xlqatyan “Mənim heç nəyə həvəsim yoxdur”, - deyə cavab verib.

O, saytlarda hər şey barədə yazıldığını qeyd edib: “Sizə deyirəm, mənim sizə cavab verməyə həvəsim yoxdur. Sağ olun”, - mer əsəbi şəkildə dəstəyi asıb.

Baş nazirin merə olan iradlarının səsləndiyi müşavirənin fraqmentləri KİV-ə məhz hökumət tərəfindən ötürülüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər