Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pxenyan rəhbərliyi BMT TŞ-nin yeni sanksiyalarına sərt cavab verəcəklərini bildirib.
Şimali Koreya hakimiyyəti ölkənin bütün güclərini səfərbər edəcəyini, düşmənlərə qarşı fiziki hərəkətlər də daxil olmaqla amansız strateji tədbirlər həyata keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, BMT TŞ avqustun 5-də Şimali Koreyaya yeni sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edib.