Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çikaqo bələdiyyəsinin Vaşinqton rəhbərliyini məhkəməyə verməsinə səbəb Trampın qaçqınlarla bağlı siyasətidir.
Federal hökumətə məhkəmədə iddia qaldıran şəhər bələdiyyəsi qapılarının qaçqınların üzünə açıq olduğunu elan edib.
Şəhərin bələdiyyə başçısı Rahm Emmanuel iddianı məhkəməyə təqdim edib. İddiada qanunsuz köçkünlərlə bağlı mübarizədə federal hökumətlə əməkdaşlıq etməyən şəhərlərə ödənilən dövlət yardımının dayandırılmasını nəzərdə tutan qərarın ləğvi istənilib.
Məlumat üçün qeyd edək ki, Çikaqo şəhəri qaçaq yolla ölkəyə daxil olan miqrtantların həbs edilməməsi şərti ilə onlara sığınacaq verən 200 ABŞ şəhərindən biridir.
Çikaqo Nyu York və Los-Aneceles kimi miqrant qəbul edən şəhərlərin bələdiyyələri qaçaq miqrantların tapılıb həbs edilməsini tələb edən rəsmi orqanlarla əməkdaşlığı rədd edir.
Bələdiyyə baçşqanı Emmanuel bildirib ki, ötən il polisin təchizat ehtiyaclarını ödəmək üçün federal büdcədən 2,3 milyon dollar ayrılıb.
CNN kanalına danışan bələdiyyə başçısı bildirib ki, Çikaqo hər zaman insanlara qucaq açacaq şəhər kimi qalacaq və yerli polis köçkünlərlə əməkdaşlıq etmək məcburiyyətindədir.
Bu arada bəlli olub ki, Çikaqo bələdiyyəsinin qərarı ABŞ Ədliyyə naziri Jeff Sessions tərəfindən ciddi tənqid edilib. Ədliyyə naziri bildirib ki, federal hökumət qanunun aliliyini pozan, ictimai təhlükəsizlik bahasına günahkarları himayə edən yerli rəhbərliklərə kömək etməyəcək.