9 Avqust 2017 13:17
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb.

Trend-in məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisi - Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu avqustun 4-də hərbi hissəni özbaşına tərk edib.

Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.

Daha bir insident isə Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyan döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.

Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər