Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Bakırköy Cümhuriyyət Prokurorluğu Antalyada otel sahibi Fetih Yılmaz Sezerə qarşı "nifət və diskriminasiya", "xalqı kin və düşmənçiliyə təhriketmə və ya aşağılama" maddələri üzrə cinayət işi açıb.
Prokurorluğun Mətbuat Cinayətləri Tədqiqatı Bürosu "Yeni Şafak" qəzetinin 8 avqust tarixli sayının manşetində dərc edilmiş "otelimizə tesettürlü gəlməsin" başlıqlı yazını araşdırıb.
Yazıda Antalyanın Manavgat qəsəbəsindəki otelin sahibi Fetih Yılmaz Sezerin fikirləri dərc edilib. Prokurorluq otel sahibinin fikirlərində cinayət tərkibi olduğu qənaətinə gəlib. Araşdırmalar davam edir.