Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat iyulun 26-da olub. Paul Manafortun Virginiya əyalətinin Aleksandra küçəsindəki evində axtarışın aparıldığını qərargah rəhbərinin sözçüsü Jason Maloni də təsdiq edib. “FTB agentləri Manafortun evlərindən birində axtarış apardı. Manafort hər zaman olduğu kimi bu dəfə də hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdi”, deyə Jason Maloni bildirib.
ABŞ mətbuatı yazır ki, Manafortun evində ciddi axtarış aparılıb və FTB agentləri evdən bir çox sənəd, dəlili özlərilə aparıblar.
Axtarış əmrinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi müstəntiq Robert Mueller tərəfindən verildiyi bildirilir.