11 Avqust 2017 11:37
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru, iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılan Mixail Saakaşvili Macarıstana gəlib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Saakaşvili feysbuk hesabında məlumat verib:

“Ailəm ilə birlikdə Balaton gölünə gəldik. Macarıstan kralı Andraş və həyat yoldaşını, urkaynalı şahzadə Anastasiyanın heykəlini ziyarət etdik”.

Qeyd edək ki, ABŞ-da olan zaman Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili sənədsiz formada Polşaya, oradan isə Litvaya səfər edib.


Müəllif: Samir

Oxşar xəbərlər