22 İyul 2014 17:58
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəyaz qum və mavi su. Fotolarda gördüyünüz bu çimərliklər təbii olmasa da, çox gözəldir. Əslində, onları təbiət deyil, bir şirkət yaradıb.


“Crystal Lagoons” adlı şirkətin məqsədi dünyanın müxtəlif yerlərində süni gölə bənzər bəyaz qumlu və gözəl mənzərəli çimərliklər yaratmaqdır.

Şirkətin ilk layihəsi Çilinin San Alfonso del Mar turist kompleksində gerçəkləşib. Dünyanın ən böyük çimərlik hovuzu adı ilə hətta Ginnesin Rekordlar Kitabına da düşüb.

Şirkət rekordu təzələmək üçün ikinci layihəni Misir səhralığında yerləşən Şarm-əl-Şeyx turizm kompleksində reallaşdırmaq niyyətindədir.

Üçüncü rekord üçün isə şirkət növbəti layihəsini 2020-ci ildə Dubayın Rəşid şəhərində gerçəkləşdirəcək.

/publika.az/


Müəllif: