14 Avqust 2017 09:47
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

08.13 23:39

Dağıstanın Xunzax rayonunun kəndlərindən birində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.

“Xunzaxsk rayonunun Orota kəndində antiterror əməliyyat rejiminin tətbiq edilməsinə dair qərar qəbul olunub. Silahlılar və onların tərəfdarları axtarılır”, – məlumatda bildirilir. \APA\

***

Dağıstanda “Xunzax” silahlılarının lideri öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Milli Antiterror Komitəsi məlumat verib.

Onun hansı şəraitdə və harada öldürüldüyü açıqlanmır.

Qeyd olunub ki, həmin şəxs uzun müddətdir axtarışa verilmişdi.


Müəllif: Samir