14 Avqust 2017 10:33
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü xalqı küçəyə çıxacaq və oliqarx rejimi devirəcək”.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.

Sabiq prezidentin sözlərinə görə, ona qarşı gürcü prokurorluğunda başlanan cinayət işi hazırkı hakimiyyət tərəfindən qurulmuş oyundur: “Gürcü xalqı oliqarx rejimdən təngə gəlib. Mən Tiflisə gedən kimi bütün xalq ayağa qalxacaq və onları devirəcək”.

Ancaq Gürcüstanın hazırki hakimiyyətinin devrilməsi Saakaşvilinin uzaq planlarına aiddir. Hazırda o, Urkayna rəhbərliyini devirməyə çalışır.

Qeyd edək ki, iyulun 26-da ABŞ-da səfərdə olarkən Ukrayna Prezidenti Petro Poroşenko Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum edib. Bundan sonra, Saakaşvili sənədsiz Avropanı fəth etməyə və Poroşenkoya qarşı fikirlər səsləndirməyə başlayıb.

O, Kiyevi çevrilişlə hədələyib.


Müəllif: Samir

Oxşar xəbərlər