Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın dəvəti ilə gələn iranlı general 3 gün Ankarada olacaq.
Məhəmməd Baqırini yüksək rütbəli hərbçilər və siyasi heyət müşayiət edir.
Onun Türkiyə müdafiə naziri Nurəddin Canikli ilə də görüşəcəyi gözlənilir.
Danışıqlarda terrorla mübarizə, regional problemlər, müdafiə sahəsində əməkdaşlıq, Şimali İraq Kürd Muxtariyyatının elan etdiyi referendum mövzuları diqqətlə saxlanacaq.