15 Avqust 2017 10:01
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal qida qiymətlərinin artımı iyul ayında da davam edərək ardıcıl üç aylıq yüksəlişə çatıb.

Teleqraf.com xəbər verir ki, iyuldakı artımın əsas səbəbi taxıl, şəkər və süd məhsullarının bahalaşmasıdır.

Beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət beş əsas qida məhsulunun qiymətlərini, alış-verişini izləyən və müəyyənləşdirən FAO ərzaq qiymətləri indeksi iyul ayında 179.1 bənd olaraq ölçülüb.

Bu, 2015-ci ilin yanvar ayından bu yana ən yüksək səviyyədir. İndeks 2017-ci ilin İyun ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.2 faiz yüksəlib.

FAO taxıl qiymət indeksi iyulda 5.1 faiz yüksəlib. İndeks son üç aydan bəri qalxır. Buna səbəb buğda və düyünün bahalşamasıdır. Davam edən isti və quru hava şərtlərinin Şimali Amerikada buğdanın məhsuldarlğına təsir etməsindən dolayı iyulda ən çox buğda qiymətləri artıb.

Digər məhsulların da qiymət indeksi yüksəlib.

FAO bitki yağ qiymət indeksi isə iyuna nisbətən 1.1 faiz düşüb. Ət qiymət indeksi sabit qalıb (Marja)/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər