Teleqraf.com xəbər verir ki, Karakasda İspaniya, Fransa, Yaponiya, Suriya, Vyetnam və Qvetamala səfirlərinin etimadnamələrini qəbul edən Nikolas Maduro yaranmış vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirilməsi təşəbbüsü ilə çıxış edib.
“Mənim bütün dövlətlərdən – hansı ki, siz təmsil edirsiniz – xahişim bağlı qapılar arxasında Venesuelada sülhün qorunması mövzusunu müzakirə etmək üçün sammitin keçirilməsi ilə bağlıdır. Həmçinin, Donald Tramp administrasiyası tərəfindən hərbi təhdidə mane olmağınızı istəyirəm”, deyə Maduro qeyd edib.
O, yüksək səviyyəli görüşün keçirilməsinin təcili və təxirəsalınmaz olduğunu vurğulayıb. Prezident burada məqsədin hökumətlə müxalifət arasında dialoqa başlamaq olduğunu söyləyib.