Qərbi Afrika ölkəsi Sierra Leonedə təbii fəlakət nəticəsində 200-dən çox insan həlak olub.
Teleqraf.com xəbər verir ki, dünən axşamdan gecəyə kimi yağan şiddətli yağış torpaq sürüşməsinə səbəb olub. Paytaxt Freetovn və yaxın ərazilər insan boyuna yaxınlaşan qalın palçıq və lığ qatı altında qalıb. Xeyli ev yerlə yeksan olub. Şəhər əhalisi palçığı əlləri ilə qazaraq ölmüş yxınlarının cəsədlərini çıxarıb düyü kisələrində morqlara daşıyırlar.
Bu gün səhər saatlarından etibarən ölkədə fövqəladə vəziyyət hökm sürür. Təbii fəlakətin aradan qaldırılması üçün ordu səfərbər olunaraq xilasetmə işlərinə cəlb edilib.