İlin əvvəlindən bu günədək Avropaya gələn miqrant və qaçqınların sayı 118,227 nəfər təşkil edib.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlə üçün keçirdiyi brifinqdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmi nümayəndəsi Coel Millman bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azdır. Belə ki, analoji dövrdə Avropaya 265,640 nəfər gəlib.
İlin əvvəlindən avqustun 13-dək Aralıq dənizi vasitəsilə Avropa ölkələri sahillərinə çatmaq istəyərkən, həlak olanların sayının 2,408 nəfər olduğu güman olunur.
BMT-nin məlumatına görə, miqrantların böyük hissəsi İtaliya sahillərinə (97,293 nəfər) gəlib. İkinci yerdə Yunanıstan dayanır. Bu ölkə 12,191 insan qəbul edib. Üçüncü yerdə İspaniya (8,385 nəfər), dördüncü yerdə Kipr (358 nəfər) qərarlaşıb.