ABŞ-ın sabiq prezidenti Barak Obama gündəmdə qalmağa davam edir.
Teleqraf.com-un Habertürk-ə istinadən xəbərinə görə, daha öncə Mançester və Londondakı terror hadisələrinə reaksiya verən Obama ABŞ-ın Şarlottsvill şəhərində baş verən toqquşmalardan sonra Tvitter hesabından Nelson Mandelanın sözlərini paylaşıb.
Obamanın üç parça halında paylaşdığı tvitlərdə "Heç kim başqa bir insanın dərisinin rəngi, keçmişi və ya dininə görə ona nifrət etməməlidir. İnsanların nifrəti öyrənməsi gərəkir. Və əgər onlara nifrət öyrədilirsə, sevgi də öyrədilə bilər. Çünki sevgi insan qəlbi üçün daha doğaldır" ifadələri yer alıb.
Obamanın bu tviti 1.2 milyon dəfə paylaşılıb, 2.9 milyon dəfə isə bəyənilib. Bununla da Obamanın Nelson Mandeladan sitatı Tvitter tarixinin ən çox bəyənilən tviti olub. Obamadan əvvəl amerikalı müğənni Ariana Qrandenin Mançesterdəki konsertində baş verən intihar hücumundan sonra yazdığı tvit ən çox bəyənilən tvit olmuşdu.
Qeyd edək ki, avqustun 11-dən başlayaraq, Şarlottsvill şəhərində ultrasağ təşkilatların tərəfdarları və əleyhdarları arasında bir neçə gün davam edən toqquşmalar zamanı 1 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdı.
"No one is born hating another person because of the color of his skin or his background or his religion..." pic.twitter.com/InZ58zkoAm
— Barack Obama (@BarackObama) August 13, 2017